RETEMS CONSTRUCTION

RETEMS CONSTRUCTION müştərilərinə bütün müasir beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli, uzun ömürlü qurğular və inteqrasiya olunmuş avadanlıq sistemi təklif edir.

Bütün mərhələlərdə keyfiyyətə tam və hərtərəfli nəzarət görülən işlərin yüksək keyfiyyətinə zəmanət verir və zəmanətdənsonrakı xidməti təmin edir. Ən xırda detalın belə yüksək keyfiyyəti şirkət siyasətinin bünövrəsini təşkil edərək, bazarda lider mövqeyinin qazanılmasına xidmət edir.

MÜLKİ İNŞAAT

İstənilən layihənin həyata keçirilməsi təkcə memarların iş səriştəsindən və layihə təkliflərinin konstruktivliyindən deyil, həm də materialların keyfiyyətindən asılıdır.

RETEMS CONSTRUCTION tikinti materialları və məhsulların çatdırılması üzrə ixtisaslaşan ən öncül şirkətlərlə əməkdaşlıq edir. Bütün materiallar AUS standartlarına cavab verir və lazımi sertifikatlara malikdir.

Dizayner və konstruktorlarımız bir komanda olaraq ümumi ideya üzərində çalışır – bu səbəbdən onların arasında qarşıdurma problemi yaranmır. Bu cür kompleks yanaşmanın digər üstünlüyü də müştərinin daim işin gedişatı haqqında məlumatlandırılmasıdır.