ACQUA RETEMS

ACQUA RETEMS – yerli bazarın F&B sahəsində uzun müddətdir fəaliyyət göstərən peşəkar bir komandadır. Əsas missiyamız – müştərilərimizə ən yüksək dərəcəli və keyfiyyətli məhsullar təqdim etməkdir. Zəmanətimiz – tərəfdaşlarımızla əməkdaşlıqda dürüstlük və açıqlıqdır.

Peşəkarlarımız hər zaman sizin üçün ən yaxşı həll yolunu axtarırlar. Xarici tərəfdaşlarımız dünyaca məşhur marka və şirkətlərdir. Biz öz imkanlarımızdan əminik və uğurlu gələcəyə inanırıq.

SOLE DECO

Deco – dünyanın ən yaxşı restoranlarında təqdim olunan yüksək keyfiyyətli Solé Təbii Mineral Suyudur. Milanlı gənc dizaynerin yaratdığı yeni şəffaf etiketlər Deco üslubundan ilhamlanıb. Təhlükəsiz və gigiyenik alüminium kapsulalar qazlı su üçün qızıldan, qazsız su üçün gümüşdən hazırlanmışdır.

Deco, qazsız və qazlı sular beş ölçüdə – 1000 ml, 750 ml, 500 ml, 330 ml və 250 ml, yüksək keyfiyyətli şəffaf altıbucaqlı formalı şüşələrdə mövcuddur.

ACQUA ARMANI

ACQUA ARMANI – təbii italyan mineral suyu Solé – premium sinfinə aiddir. Dünyanın ən məşhur restoranlarında ondan istifadə edir və yüksək qiymətləndirirlər. Sole «oliqomineral» suyu sayılır, onun tərkibində mineralların miqdarı az, natriumun səviyyəsi isə çox aşağıdır.

Şüşələrə Lombardiyada, italyan Alplarının ətəyində, yüksək gigiyena və keyfiyyətə nəzarət standartlarına tam uyğun şəkildə qablaşdırılır.

ACQUA ARMANI qazsız və qazlı növdə, 750 ml və 330 ml tutumlu şüşələrdə təqdim olunur.

SOLE L’ITALIANA

Orijinal İtalyan irsini vurğulamaq üçün gənc bir Milan dizayn evi tərəfindən yaradılan dəbli etiketli, ənənəvi İtalyan şüşəsi. Şüşənin boyun etiketi, Bode ailəsinin 1906-cı ildən Fonte Sole mənbəyi ilə işlədiyini göstərir.

Qazsız və yüngül qazlı su 1000 ml, 500 ml və 250 ml şüşələrdə mövcuddur.