loading
KOMANDANIN İNKİŞAFI

ISO

2019-cu ilin avqust ayında “Retems Group”-un bütün mütəxəssisləri konsaltinq və audit xidmətləri üzrə “Zygon Caspian Consulting” şirkəti tərəfindən keçirilmiş “ISO 9001:2015 beynəlxalq standartının əsasında Keyfiyyət Menecmenti Sistemində Daxili Audit” mövzusunda təlimləri müvəffəqiyyətlə bitirərək, sertifikatlarla təltif olunublar.

GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİ ÜZRƏ MÜTƏXƏSSİSLƏR

2019-cu ilin avqust – sentyabr aylarında “Retems Group”-un gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisləri müvafiq sahə üzrə yüksək nəticələrlə attestasiyadan keçiblər.

KEYFİYYƏTƏ NƏZARƏT ÜZRƏ MÜTƏXƏSSİSLƏR

2016-cı ildə “Schmidt & Olofson, Marine” sürveyer məktəbinin təşkil etdiyi təlim kurslarını müvəffəqiyyətlə bitirərək, “Retems Group”-un mütəxəssisləri “Meyvə-Tərəvəz Məhsullarının Keyfiyyətinə Nəzarət üzrə I-ci dərəcəli Mütəxəssis” sertifikatları ilə təltif olunublar.

BİZNES PROSESLƏRİ ÜZRƏ MENECER

Biznes Prosesləri üzrə Menecer – Elektrik Mühəndisliyi, Kompüter Sisteminin Proqram Təminatı Elmləri, Biznesin İdarəedilməsi, Satınalma və Təchizat Zəncirinin İdarəolunması üzrə diplomlara malikdir. 2014-cü ildə Sertifikatlı Layihə Meneceri olmuşdur.
Korporativ analitika, biznes obyektləri üçün veb-analitika, AC və DC güc paylanması, tikinti materiallarının satışı və təlimçilərin hazırlanması kimi müxtəlif sahələrdə qabaqcıl sertifikatlara sahibdir.
2019-cu ildə menecer 9001: 2015 Keyfiyyət İdarəetmə Sistemləri və 45001: 2018 Peşə Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə ISO Daxili Audit kurslarını uğurla başa vurmuşdur.